
Tapşırıq
Yeni məktəb, yeni model
ADA Universiteti bakalavr öncəsi, bakalavriat və magistratura dərəcəsini təklif edən yeni təhsil modelini təqdim edib. Əsas problem təhsil modelinə dair oturuşmuş təfəkkürü dəyişdirmək idi.
Həll yolu
Nəticədə gənclərə yeni abstrakt gələcək vəd etmək yerinə, diqqətimizi real problemə və ya ən xoşagəlməz prosesə - universitetə hazırlıq zamanı yorğunluq, yuxusuzluq, qeyri-sağlam qidalanma və ictimai nəqliyyatdan tez-tez istifadəyə gətirib çıxaran repetitorlara müraciət prosesinə cəmləmək qərarına gəldik. ADA ilə universitetə hazırlıq tamamilə başqa cür ola bilər.