Azercell

Sənə yaxın gələcək

Brend kimliyinin yenilənməsi, Yeni yaradıcı platforma və brend üçün teqlayn

Tapşırıq

Bazardakı ən böyük telekommunikasiya oyunçusunu dəyişmək

2019-cu ildə Azercell brend kimliyini yeniləyəcəyini və abunəçilərin rəqəmsal provayderinə çevriləcəyini bəyan etdi. Lakin problem ondan ibarət idi ki, bu yenilik hamıya aydın deyildi. "Rəqəmsal" söz olaraq yaxşıdır, amma rəqəmsal həyatı yaşamaq çətindir.

Beləliklə, düşündük ki, insanların (texnologiyalar, innovasiyalar və s. ilə birlikdə) “rəqəmsal dünya”nın daha yaxşı, daha asan, daha ünsiyyətcil, nəticə etibarilə, daha rahat həyat olduğunu görməsinə, kəşf etməsinə və araşdırmasına kömək etmək üçün Azercell daha yaxın, daha əlçatan, daha humanist və daha emosional olmalıdır.

Azercell-in insanlara təqdim etdiyi bütün innovasiyalar və texnologiya üçün diqqətlə seçdiyimiz söz “Gələcək” oldu. Gələcək həmişə arzuolunan, ancaq əlçatmazdır. Onun həmişə bu gün ilə müqayisədə daha üstün olduğuna inanır, gözucu da olsa ona nəzər yetirmək istəyirik. 

Buna necə start verdik? Şans elə gətirdi ki, bu il Azercell bazarda fəaliyyətinin 25-ci ildönümünü qeyd edir və biz insanlara Azercell-in hekayəsinin haradan başladığını, necə davam etdiyini xatırlatmaq və brendin gələcəkdə hansı istiqamətdə irəliləyəcəyini göstərmək üçün bundan daha yaxşı fürsət tapa bilməzdik.