UNICEF

#BirlikdəÜstünGələk

İnteqrasiya olunmuş marketinq kampaniyası

Tapşırıq

Pandemiya zamanı sağlam qalmaq

Kampaniyanın qarşısında duran məqsəd kifayət qədər çətin idi: müxtəlif hədəf kütləsini (valideynlər və uşaqlar, müəllimlər və geniş auditoriyanı) əhatə etməli, simptomlar, evdə qalmaq, uşaqların inkişafı ilə bağlı məşğələlərdə iştirak haqqında məlumatlılığı artırmaq üçün müxtəlif mesajlar verməli, sağlam həyat, şəxsi gigiyena və s. ilə bağlı təbliğat kampaniyası yaratmaq idi. Kommunikasiya mühitini təhlil etdikdən sonra rəqəmsal platformalara və televiziyaya fokuslanmağı tövsiyə etdik.

Məzmun
 

Kommunikasiyanı mərhələlərə böldük: təhsil, dəstək, məlumatlandırma və hər bir auditoriyanın effektiv məlumat və kontent ala biləcəyi strukturlaşdırılmış kommunikasiya. Nəticədə effektiv kampaniya başlatdıq və əla nəticələr əldə etdik.