
Birinci dalğa
Hər şey qorxu ilə başladı.
Qeyri-müəyyənlik qorxusu ilə.
Vaksinasiya həm çıxış yolu idi, həm də qeyri-müəyyənliyə atılmaq demək idi. İnsanlar buna görə daha çox qorxurdular. Bunu başa düşdüyümüz üçün peyvənd olunma ideyasını qabartmaq yerinə, pandemiyaya görə itirdiklərimizi, virusun yayılmasının qarşısını almaq məsuliyyətini üzərimizə götürdüyümüz təqdirdə geri qaytara biləcəyimiz vərdişləri göstərmək qərarına gəldik. Odur ki, həyatımızdakı önəmli hadisələri - məsələn, kioteatra, toya, ad günü tədbirlərinə və stadionlara getməyi - nümunə götürdük və normal həyatımızın geri qayıdacağı təqdirdə hər şeyin daha yaxşı olacağını emosional şəkildə göstərdik.

Kreativ ideya
Peyvənd olunaq, darıxdığımız həyatı qaytaraq!


İkinci dalğa
Kommunikasiyanın ikinci dalğası hələ də tərəddüd edənləri hədəf alırdı
Bu məsələni ətraflı götür-qoy edərkən bu nəticəyə gəldik ki, virus təkcə insanların sağlamlığına deyil, immunitet sistemimiz kimi ölkələrin sosial və iqtisadi həyatına da güclü ziyan vurub. Sosial prizmadan yanaşacağımız halda, bütün cəmiyyəti motivasiya edə və vaksinasiya məsələsinə güclü təkan verə biləcəyimizə inandıq.

Kreativ ideya
Birimiz hamımız üçün!


Peyvənd olunan hər kəsin verdiyi töhfənin əhəmiyyətini vurğulamaq istədik, göstərdikləri bu sosial məsuliyyətə görə iş yerlərini və biznesini qoruyub saxlaya bilənlərin adından onlara minnətdarlığımızı bildirdik.